Mexanika mühəndisliyi

Tədris planı

Təhsil proqramı

    “Mexanika mühəndisliyi” iхtisası üzrə bakalavr səviyyəsində mütəхəssis hazırlanır və оnun daхilində “Maşınların möhkəmliyi və dinamikası” iхtisaslaşması üzrə magistr hazırlığı yеrinə yеtirilir.

    Mexanika mühəndisliyi ən qədim və rəngarəng mühəndislik ixtisaslarından biridir.Mühəndisliyin bu qolu fizikanı, riyaziyyat və materialşünaslıq prinsiplərini özünə daxil edir. Mexanika mühəndisliyinə kompozitlər,mexatronika və nanotexnologiya kimi sahələrdə rast gəlinir. Mexanika mühəndisliyi, həmçinin metallurgiya mühəndisliyi, inşaat mühəndisliyi, aerokosmik mühəndisliyi,elektrik mühəndisliyi,kimya mühəndisliyi, sənaye mühəndisliyi və başqa mühəndislik fənləri ilə müəyyən miqdarda üst-üstə düşür.Mexanika sistemlərini dizayn və istehsal etmək üçün mexanika mühəndislərinin mexanika, dinamika, termodinamika, elektrik və struktur analizi üzrə dərin biliklərə ehtiyaı vardır.Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.

İxtisasın tarixi

     Mexanika mühəndisliyi sahə kimi XVIII əsrdə Sənaye İnqilabı ərzində ortaya çıxdı.

İxtisasın gələcəyi

     Müasir dünyada kompüterlər günlər, həftələr çəkən hesablamaları bir neçə saniyədə bitirə bilir və yöndə mühəndisləri asanlıqla əvəz edə bilir. Lakin mexanik mühəndisləri hələ də sənaye məhsulu avadanlıqları,material işləmə sistemlərini və elektrik generatorlarını tam zərif məhsul yaratmaq üçün istifadə edirlər və peşənin daha mürəkkəb və analitik hissələri ilə üz-üzə gəldikdə ali riyaziyyat və triqonometriyadan istifadə edirlər.Gələcəkdə mexanika mühəndisliyinə həm mühəndislik, həm də mühəndislik xaricində olan peşələrdə daha çox rast gələciyik.              

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.