Geomatika və geodeziya mühəndisliyi


Tədris planı
Təhsil proqramı

“Geomatika və geodeziya mühəndisliyi” ixtisası strateji əhəmiyyətli mühəndislik sayılır. Geomatika və geodeziya mühəndisliyi, ümumilikdə, kosmik və tətbiqi geodeziya, rəqəmli fotoqrammetriya, məsafədən zondlama (peyk verilənlərini əldə edən, emal və analiz edən vasitələr), Global Peyk Naviqasiya Sistemləri, Coğrafi İnformasiya Sistemləri (CİS), geodezi-mühəndisi ölçmələri, lazer texnologiyaları, rəqəmli kadastr verilənlər bazası, kartoqrafıya, rəqəmli xəritələrin istehsalı, təbii və texnogen xarakterli fövqəladə hadisələri tədqiq etməyə imkan verən müasir texnologiyalar sahəsində olan işləri icra etmək qabiliyyətinə malikdir. 
“Geomatika və geodeziya mühəndisliyi” ixtisası yerüstü və fotoqrammetrik üsullarla, peyklərdən və kompüter texnologiyalarından istifadə etməklə Yer səthini və ya onun ayrı-ayrı hissələrini, ölkəmiz üçün əhəmiyyətli olan topoqrafik və tematik xəritələrlə təmin edən, müəyyən sahələrdə CİS-in yaradılmasını, rəqəmli elektron xəritələri, yer səthinin üçölçülü modellərini əldə etməyə imkan verən bir mühəndislik elmidir.
“Geomatika və geodeziya mühəndisliyi” ixtisasının tətbiq sahələri aşağıdakılardır: 
-    Dəmir, avtomobil yollarının və metro-tunel işlərinin layihələndirilməsi, tikintisi və istismarı;  
-    Mühəndis qurğularının layihələndirilməsi, tikintisi, monitorinqi və istismarı; 
-   Hava limanının layihələndirilməsi, tikintisi və istismarı;
-   Tarixi abidələrin bərpası, rekonstruksiyası və restovrasiyası; 
-   Dağ- mədən işləri;
-   Ekoloji problemlərin həlli (ekoloji çirklənmənin təyini, meşə təsərrüfatı, kənd təsərrüfatı).























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]