Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi


Tədris planı

Təhsil proqramı

İstehsalatda, elmi-tətqiqatda, standartlaşdırma və sertifikatlaşdırma mərkəzlərində, cihazların və avadanlıqların kalibrlənməsi və yoxlanılması laboratoriyalarında, sınaq laboratoriyalarında, məhsulların ekspertizası orqanlarında məhsulun keyfiyyətinə nəzarət üçün “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasına yiyələnmiş mütəxəssislərə böyük təlabat var. Tələbələrin işə düzəlmə əmsalı çox yüksəkdir. Belə ki, ixtisasın tətbiq sahələrinə məhdudiyyət olmadığından və tələbələrin yaxşı nəzəri və praktiki biliklərə malik olmaları səbəbindən onlar tələbəlik illərindən öz gələcək kariyeralarını qurmağa nail olurlar.

Tələbələr istehsalat və gündəlik təcrübələri SOCAR,Azərbaycan Metrologiya İstitutu, Holcim Azərbaycan, ASC-nin, RZ-İNTER və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə keçirlər.

Bu ixtisası bitirən məzunlar metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mərkəzlərində, cihazların və avadanlıqların kalibrlənməsi və yoxlanılması laboratoriyalarında, sınaq laboratoriyalarında, məhsulların ekspertizası orqanlarında, məhsulun keyfiyyətinə nəzarət üzrə dövlət və qeyri-dövlət təşkilatlarında, istehlakçıların hüquqlarının qorunması üzrə təşkilatlarda, bütün müəssisələrdə keyfiyyət üzrə menecer kimi və gömrük xidmətində, vergi idarəsində və patent bürosunda işləyə bilərlər.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]