Erasmus KA2

Erasmus+ KA2 

     Key Actions 2, Erasmus+ çərçivəsində maliyyələşdirilən fəaliyyətlərin və layihələrin ümumi adıdır və İnnovasiyalar və təcrübələrin mübadiləsi üçün əməkdaşlıqdır.

     Bu layihələrin məqsədi təşkilatların tələbə və müəllim heyətinin təminatlarını yaxşılaşdırmaq və innovativ təcrübələri bölüşmək üçün birlikdə işləmək imkanı yaratmaqdır. 

     Erasmus + KA 2 -  tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, universitetlərdə islahatların aparılması, universitetlərdə inzibati-professor-müəllim heyətinin ixtisasartırma proqramlarının hazırlanması və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlıq layihələrini nəzərdə tutur.

     Erasmus+ KA2, layihələrdə iştirak edən fərdlərə, təşkilatlara və ölkələrə fayda təmin etmək üçün bütün səviyyələrdə Avropa fəaliyyətinin müsbət təsirini artırmağı hədəfləyir.

     Azərbaycan Memarlıq və İnşaat Universiteti 2003-cü ildən Avropa Birliyinin  layihələrində iştirak etməyə başlamışdır. AzMİU-nun iştirak etmiş olduğu layihələr:

  • “Binanın iqtisadiyyatı, inşa edilməsi və saxlanılması” - TACİS-TEMPUS (CD – JEP), 2003-2005

  • “Azərbaycanda enerji menecmenti üzrə magistr təhsili (AzEMMT)”- TACİS-TEMPUS (CD – JEP -25043),2005-2008

  • “ENOTES-Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” - (530340-Tempus-1-2012-1- AZ-TEMPUS-JPHES ), 2012-2015

  • “ECONANO - Ekologiya mühəndisliyinin nanotexnologiya əsasında kurikulum islahatı və modernləşdirilməsi” - (543924-TEMPUS-1-2013-1-IT-TEMPUS-JPCR), 2013-2015

  • “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı”- (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR), 2013-2016

  • “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” – (561784-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-SP)- 2015-2018

  • “Rusiya Federasiyası,Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” - (561732-EPP-1-2015-1-FR-EPPKA2) - 2016-2018

AzMİU-nun hazırda iştirak etdiyi layihələr:
 
  • ITACAAzərbaycanda Ekoloji Fövqəladə Vəziyyəti qarşılamaq üçün 3-cü dövr Təkmilləşdirilmiş Təhsil Kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzi” - (609758-IT-2019-EPPKA2-CBHE-JP) - 2019-2023

  • WORK4CE - XXI Əsrdə Sağlam və Təhlükəsiz İş Mühiti üçün Domenlərarası Kompetensiyalar” - 2020-2023

  • GEOCLIC - Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları - (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP) - 2020-2023

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.