"Ekologiya və Su Təsərrüfatı" jurnalı
Jurnalın web saytına giriş: ekosu.az
Təsisçi- Musayev Zakir Səməd oğlu
Bölmələr- Ekologiya və ətraf mühitin mühafizəsi, Hidrotexnika və meliorasiya, Mühəndis qurğuları və inşaat konstruksiyaları
Nəşr ili- 2005
Dövriliyi -İldə 5 dəfə
Dillər-Azərbaycan, türk, rus, ingilis
Ünvan:Bakı-Az 1073/1, A.Sultanova 5, AzMİU, “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsi
Tel:(012) 539-06-19
Elektron ünvan: [email protected] ,[email protected]
Jurnalın nömrəsi | 1 | 2 | 3 | 4 | 5 |
Məqalələrin sontəqdimetmə tarixi | yanvar | mart | may | sentyabr | noyabr |
Jurnalın nəşr tarixi | fevral | aprel | iyun | oktyabr | dekabr |
*Qeyd. 2022 №1 üçün məqalələrin qəbulu artıq başlanılıb. Məqalələrinizi göstərilən elektron ünvanlara göndərə bilərsiniz.
Jurnalın hədəf və məqsədləri
Elmi- texniki və istehsalat jurnalıdır. Redaksiya heyəti 21 nəfərdən ibarətdir. Bunlardan 3 nəfəri xaricdəndir: Rusiya, İran, Poltava. Jurnalın veb-saytı- AzMİU-nun səhifəsindədir, WoS bazasında olan məqalələrə istinadlar vardır. Ekologiya və su təsərrüfatı jurnalı Ədliyyə Nazirliyindən 20.07.2004-cü il tarixli İE-26-1232 saylı qeydiyyatdan keçib. Jurnal 2005-ci ilin yanvar ayından nəşr olunur, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Jurnalın hədəfi xarici dildə nəşr olunan məqalələrin sayını artırmaq və SCOPUS, İMPACT FAKTOR, BİBTEX və s. jurnallarında tanınmaqdır. Jurnal CrossRef (ABŞ) beynəlxalq qeydiyyat agentliyinə daxildir.
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.