Riyaziyyatçı alim Alik Nəcəfov Türkiyənin bir sıra universitetlərində elmi ezamiyyətdə olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) alimi Türkiyənin bir neçə universitetində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində AzMİU-nun Ali riyaziyyat kafedrasının müəllimi professor Alik Nəcəfov Ankara, Səlcuk və Niğde Ömer Halisdemir universitetlərində riyaziyyatçı alimlərlə görüşüb. Professor səfər çərçivəsində əsasən Niğde Ömer Halisdemir Universitetində elmi-tətqiqat aparan magistrant və doktorantlarla riyazi sahədə öz nəzəri təcrübələrini bölüşüb. Alim gənc tətqiqatçılar qarşısında riyazi məsələlər qoyaraq birgə həll yolları axtarıb, elmi məqalələr hazırlayıb. 

Professor Alik Nəcəfov tədqiqatçılar qarşısında “Qrand-morri tipli fəzalar və onlarda daxil olma tənliyi” mövzusunda çıxış da edib.  

Eyni zamanda yuxarıda qeyd olunan universitetlərin tədqiqat laboratoriyaları ilə yaxından tanış olub, əməkdaşlarla maraqlı diskussiyalar aparıb. Onlara təmsil etdiyi kafedranın elmi fəaliyyəti və elmmetrik göstəriciləri, kafedrada aparılan tətqiqatlar ətrafında məlumat verib.

Qeyd edək ki, riyaziyatçı alimin birgə tədqiqat işləri Türkiyə universitetləri ilə yekunlaşmır. Professor Avropanın nüfuzlu Kataniya və Neapol Universitetlərinin alimləri ilə də sıx və uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq yaxın zamanda elmi məqalələrin çapı da nəzərdə tutulur.
 

10-09-2024