Xarici əlaqələr şöbəsinin müdiri İstanbul Universitetində keçirilən konfransda məruzə ilə çıxış edib

Türkiyənin İstanbul Universitetində Qara Dəniz Universitetləri Şəbəkəsinin (Black Sea Universities Network - BSUN) “BSUN 2024” konfransı baş tutub. Tədbirdə müxtəlif ölkələrin akademikləri, tədqiqatçıları və təhsil mütəxəssisləri beynəlxalq təhsilin inkişafı və üzləşdiyi çətinliklər barədə fikir mübadiləsi aparıblar.

Konfransda universitetimizi  Xarici əlaqələr şöbəsinin müdiri və Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyev təmsil edib.  O, beynəlxalq təhsilin üzləşdiyi çətinliklər barədə çıxış edərək, bu sahədəki problemləri və onların həlli yollarını diqqətə çatdırıb.

Qeyd edək ki, AzMİU və BSUN arasında çox sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində universitetlərlə əlaqələr möhkəmlənir, təhsil, tədqiqat və innovasiya sahələrində birgə layihələr həyata keçirilir.

BSUN 1998-ci ildə yaradılan və Qara Dəniz regionunda yerləşən universitetləri bir araya gətirən bir şəbəkədir. Təşkilatın əsas məqsədi, üzv universitetlər arasında əməkdaşlığı təşviq etmək, ortaq təhsil və tədqiqat layihələri həyata keçirmək və regionun davamlı inkişafına töhfə verməkdir. BSUN müxtəlif konfranslar, seminarlar və təlim proqramları vasitəsilə üzv universitetlər arasında təcrübə və bilik mübadiləsini təmin edir.

11-07-2024