“SƏTƏM” təliminin iştirakçıları imtahan veriblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimləri üçün təşkil olunan “SƏTƏM” (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) təliminin imtahanı keçirilib.
İki ay davam edən təlimdə universitetimizin bu sahədə tədris aparan müəllimləri iştirak edib. Strateji planlaşdırma şöbəsinin həyata keçirdiyi təlim “TCS” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən aparılıb. Təlim boyu müəllimlərimiz sənaye prosesləri, əməyin mühafizəsi standartları, təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi üzrə yetərincə bilik və peşəkar vərdişlər əldə ediblər.
Bildirək ki, təlimin yekunu olaraq gerçəkləşdirilən imtahanda müvəffəqiyyət qazanacaq müəllimlərimiz beynəlxalq səviyyədə tanınan IOSH “Managing safely” sertifikatı əldə edəcəklər.