AzMİU TEC-in cari tədris ilindəki fəaliyyəti müsbət dəyərləndirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat yığıncağı keçirilib.
2023/2024-cü tədris ilinin yekunlarına həsr olunan yığıncaqda universitetin TEC sədri Günel İmamquliyeva, təşkilatın fakültə sədrləri və tələbə üzvləri iştirak ediblər.
TEC sədri cari tədris ili ərzində gerçəkləşdirilən tədbirlərin hesabat çıxışını edib. Hesabatda görülən işlər, əldə edilən uğurlar, təşkilatın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat yer alıb. Vurğulanıb ki, TEC-in xətti ilə həyata keçirilən tədbirlərin hər biri tələbələrin maariflənməsi, onların formalaşması və inkişafında kifayət qədər əhəmiyyətli rol oynayıb.
Tədbirin gedişində təşkilatın fakültə sədrləri Mahirə Ağazadə, Elşad Əliyev, Məzahir İsayev və Məryəm Məmmədlinin çıxışları dinlənilib. Onların hər biri təmsil etdikləri fakültələr üzrə il ərzində yerinə yetirilən tədbirlər və layihələr barədə auditoriyanı məlumatlandırıblar.
Çıxışlardan sonra il ərzində TEC tərəfindən görülən işlər müsbət qiymətləndirilib.
Yekunda təşkilatın fəaliyyətində aktiv iştirak edən üzvlərə fəxri fərmanlar təqdim olunub.