Startap və innovasiya tədbiri olan Baku ID-yə qeydiyyat başladı
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin nəzərinə!
Bakıda 27-28 iyun tarixlərində startap və innovasiya tədbiri olan Baku ID yenidən baş tutacaq.
Bildirək ki, Baku ID (Baku Investment Day) ekosistemi irəli aparmağa yönəlmiş Azərbaycanın startap və innovasiya tədbiridir. Bu tədbir sizi həm yerli, həm də beynəlxalq investorlar, mentor və spkierlər, eləcə də regionun innovasiya ekosisteminin oyunçuları ilə bir araya gətirəcək. Bir-birindən dəyərli vörkşoplar, sessiyalar, startap çıxışları, konsert və daha çoxu bu innovasiya festivalında sizi gözləyir! Son 2 ildə böyük uğurlara imza atmış tədbir 3-cü dəfə yay ayında - “Crystall Hall” arenasında keçiriləcək.
“Google” şirkətinin mühəndislik üzrə aparıcı - Fuad Malikov, “HepsiBurada Global” şirkətinin biznesin inkişafı üzrə aparıcı - Burak Taskan, Kaan Kayabalı Onedio CEO, “UZUM” şirkətinin baş əməliyyat direktoru - Roman Lavrentev və s. böyük şirkətlərin təcrübəli nümayəndələri ilə netvörkinq və daha çox sessiya ilə Baku ID 2 gün sizi innovasiyanın mərkəzində hiss etdirəcək!
Fərqli mövzularda “Fireside chat”, panel müzakirələri, praktiki vorkşoplar, startap çıxışları və digər bir-birindən maraqlı fürsətlərdən yararlanmaq üçün aşağıdakı qeyd olunan linkə keçid etməklə sizə ən uyğun bileti əldə edin.
Qeydiyyat üçün link: https://rebrand.ly/uni-bakuid24
27-28 iyun, Baku Crystal Hall