AzMİU-da elmi seminar – Tikinti proseslərinin optimal davametmə müddətinin hesablanması üçün yeni üsul təklif olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasında elmi seminar keçirilib. 

Seminarda kafedranın əməkdaşları iştirak edib.

Kafedranın baş müəllimi Rəşad Fətullayev “Tikinti quraşdırma proseslərinin tutaqdakı iş gərginliyinə və icra xərclərinə görə optimal müddəti” adlı mövzu ilə çıxış edib. 

Sözügedən tədqiqat mövzusu istiqamətində məruzəçi yeni üsul və metodikaların öyrənilməsinə geniş diqqət ayırıb. Rəşad Fətullayev çıxış zamanı qeyd edib ki, bu günə qədər tikinti proseslərinin optimal davametmə müddətinin tapılması zamanı ardıcıl yaxınlaşma üsulundan istifadə hesablamanı mürəkkəbləşdirirdi. Mütəxəssis bu problemin həlli üçün tutaqdakı iş gərginliyinin orta qiymətini hesablayıb, optimal müddətin tutaqdakı həmin orta iş gərginliyinin qiymətinə müvafiq düstur təklif etmişdir. Nəticədə təklif olunan bu düstur istehsalat normasının tam və 100%-dən artıq yerinə yetirilməsinə səbəb olur, həmçinin optimal resurs qrafikinin əldə olunmasına imkan yaradır. 

Sonda tədqiqat mövzusu ətrafında müzakirə aparılıb və məruzəçi tərəfindən auditoriyanın sualları cavablandırılıb. 
 

16-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]