AzMİU-da "İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində tədbir təşkil edilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilən "İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində tədbir təşkil edilib.
Tədbir zamanı AKTA inzibati heyəti və layihə üzrə cəlb olunmuş ekspertlər tərəfindən adıçəkilən layihə çərçivəsində üç fənn ("İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri", "Veb təhlükəsizliyi" və "Şəbəkə təhlükəsizliyi") üzrə hazırlanmış tədris materialları və videomateriallar əsasında formalaşdırılmış təqdimatlar edilib və təlimçilər tərəfindən müvafiq materialların istifadəsinə dair tövsiyələr tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə universitetin Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin rəhbərliyi və professor-müəllim heyət ilə yanaşı, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr və universitetin kiber klubunun üzvləri iştirak edib.