İtaliya-Dizayn Mərkəzində “ArchiVision WeekEND Camp”ın hesabat sərgisi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMiU) Şəki şəhərində təşkil olunan “ArchiVision WeekEND Camp” adlı layihənin hesabat sərgisi keçirilib.
Universitetin İtaliya-Azərbaycan Dizayn Mərkəzində gerçəkləşən hesabat sərgisində ilk olaraq “ArchiVision WeekEND Camp” ın maraqlı anlarını əks etdirən videoçarxa baxılıb. Layihə müddətində tapşırıqlara uyğun olaraq tələbələrin hazırladıqları maketlər nümayiş etdirilib.
Bildirək ki, 3-5 may tarixlərində keçirilən “camp”da AzMİU-nun Dizayn fakültələrində təhsil alan 90 tələbə, ümumilikdə isə 120 iştirakçı Şəki şəhəri, şəhərin tarixi-memarlıq abidələri ilə tanış olub, müxtəlif əyləncə proqramlarında iştirak edib, panel müzakirə və vörkşoplara (Dizayn sərgisi) qatılıblar.
Sonda AzMİU, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin iştirakçıları olan müəllim və tələbələr çıxış ediblər. Layihə boyu qarşılaşdıqları maraqlı anlardan danışıb, xoş təəssüratlarını bölüşüblər.