Tələbələrin Nəzərinə!!!

“Norm” ASC gənclərin bilik və bacarıqlarının artırılmasına, eləcə də, onların peşəkar iş mühitində yetişməsinə dəstək vermək məqsədilə, 2024-cü il üçün ödənişli “Yay Təcrübə Proqramı” elan edir. Proqram çərçivəsində tələbələr şirkətin müxtəlif şöbələrində 2 aydan çox müddətdə təcrübə keçəcək və proqramın verdiyi imkanlardan faydalanacaqlar. “Yay Təcrübə Proqramı” tələbələrə NEQSOL Academy platformasından istifadə və şirkətin təşkil etdiyi daxili təlimlərdə iştirak imkanı qazandıracaq.


KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR? ŞƏRTLƏR:
Təcrübə proqramına aşağıda adları qeyd olunan və ya əlaqədar ixtisaslar üzrə təhsil alan III və IV, 5 illik təhsil nəzərdə tutulan universitetlərdə isə IV, V kurs bakalavr tələbələri qoşula bilərlər:
• İş qrafiki: Standart (5 günlük)
• Başlama tarixi: 01 iyul
• Bitmə tarixi: 06 sentyabr
• Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.

MÜRACİƏTLƏRİN QƏBULU:
Müraciətlər 25 aprel 2024-cü il tarixədək aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməklə, qəbul edilir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:
• CV-nin elektron versiyası
• Tələbə biletinin surəti

SEÇİM PROSESİ:
• Yazılı test mərhələsi (ingilis dili, məntiq və 
dünyagörüşü üzrə suallar)
• Müsahibə mərhələsi
Seçim prosesinin bütün mərhələlərini uğurla 
tamamlayan namizədlər təcrübə proqramına 
cəlb olunacaqlar.
• İnşaat mühəndisliyi
• Materiallar mühəndisliyi
• Sənaye mühəndisliyi
• Kimya mühəndisliyi
• Mədən mühəndisliyi
• Geologiya mühəndisliyi
• Mexanika mühəndisliyi
• Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
• Elektronika və avtomatika mühəndisliyi
• Elektrik mühəndisliyi
• SƏTƏM mühəndisliyi
• Ekologiya
• Hüquq
• İnformasiya Texnologiyaları
• Maliyyə
• Audit
• Biznesin idarə edilməsi
• İqtisadiyyat və Menecment
• Nəqliyyatın təşkili və idarə edilməsi
• Təchizat Zəncirinin idarə edilməsi


"Yay təcrübə proqramı"na müraciət etmək üçün keçid:
https://www.norm.az/career/proqramlar/applicant-information/?id=7 
 

09-04-2024