AzMİU TEC-in “İqtisadçılar” dərnəyi yaradılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətinin tanıdılmasına həsr olunmuş görüş keçirilib. 

Görüşdə fakültənin dekan əvəzi Turan Aslanova  tələbələri TEC-lə daha sıx əlaqələr qurmağa, elmi-tədqiqat işlərinə qoşulmağa, elmi forumlarda iştiraka çağırıb.

TEC-in sədri Günel İmamquliyeva çıxış edərək cəmiyyətin üstünlükləri, vəzifələri, fəaliyyəti və gördüyü işlər barədə geniş məlumat verib. İstedadlı gənclərin dəstəklənməsində və onların yaradıcı bacarıqlarının üzə çıxarılmasındakı mühüm rolundan danışıb.

Çıxışlardan sonra fakültənin nəzdində TEC-in “İqtisadçılar” dərnəyi yaradılıb və dərnəyə üzvlərin seçilməsinə start verilib.

Yekunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

24-11-2023