AzMİU-da “Nəqliyyat qəzaları zamanı yaranan fövqəladə hallar və onların idarə olunması” mövzusunda elmi-texniki konfrans keçiriləcək

26-27 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində  “Nəqliyyat qəzaları zamanı yaranan fövqəladə hallar və onların idarə olunması” mövzusunda elmi-texniki konfrans keçiriləcək.

Konfransda bütün növ nəql prosesləri zamanı yaranan fövqəladə hallar və onların  idarə olunmasının texniki,  hüquqi və  sosial  aspektləri müzakirə olunacaq.

KONFRANSIN MÖVZULARI

  • Avtomobil qəzaları zamanı yaranan fövqəladə hallar və onların idarə olunması;
  • Dəniz və hava nəqliyyatında qəzalar zamanı yaranan fövqəladə hallar və onların idarə olunması;
  • Dəmiryol nəqliyyatında qəzalar zamanı yaranan fövqəladə hallar və onların idarə olunması;
  • Neft-qaz boru kəmərlərində qəzalar və onların idarə olunması.

 

Konfransın keçirilmə tarixi və yeri: 26-27 oktyabr 2023-cü il, Azərbaycan Memarlıq və İnşaat Universiteti.

Tezislərin son qəbul tarixi:  15 oktyabr 2023-cü il.

Konfrans materiallarının hazırlanması qaydaları

Tezisin adı – böyük hərflərlə, qalın, şrift 12. Müəlliflərin adları – adi hərflərlə, qalın, şrift 12. Təşkilatın adı –  adi hərflərlə, kursiv, şrift 12, müəlliflərin elektron poçt ünvanı. Mətnlərin yığılması – A4 formatda, yuxarı və  aşağı 2sm,  sağdan 1,5sm,  soldan 3sm,  şrift 12,  interval 1. Times New Roman, 2 səhifə həcmində. Şəkil, qrafik, cədvəllər və ədəbiyyat mətnin daxilində verilməlidir.

Əlaqə

Məsul katib: Aytən Əhmədova

E-mail: [email protected]

Tel:  (+99412)5390775

     (+99455)7405447

     (+99451) 8321416       

 

Ünvan: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, Ayna Sultanova küçəsi 5,   AzMİU.

 

02-10-2023