AzMİU-nun Elmi Şurasının iclası keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib.                                                               

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova iclasın gündəliyinə keçməzdən əvvəl Memarlığın əsasları kafedrasının müdiri professor Nizami Nağıyevi Elmi Şuranın üzvləri, professor-müəllim heyəti adından 80 illik yubileyi münasibəti ilə təbrik edib.         

Rektor çıxışında Nizami Nağıyevin kafedraya rəhbərlik etdiyi müddətdə əzmlə, məsuliyyətlə çalışdığını, öz enerjisini kafedranın inkişafı yolunda həsr etdiyini söyləyib. Nizami Nağıyevin pedoqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin strateji, tədqiqat qurumları ilə əlaqələrinə diqqət çəkən professor Gülçöhrə Məmmədova alimə cansağlığı, sağlam ömür və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

Elmi Şuranın iclasında qonaq qismində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də alimin həyat və fəaliyyətinə nəzər salıb və onu yubileyi münasibətilə təbrik edib. 

Mirzə Cəfərzadə professor Nizami Nağıyevə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanını təqdim edib. 

Sonra iclasın gündəliyinə baxılıb. 

Gündəlikdə duran birinci məsələ - “Universitetin elmi fəaliyyəti və görüləcək işlər” barədə AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova hesabatla çıxış edib.

AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə “Universitetin strateji inkişaf planının yerinə yetirilməsi” barədə geniş hesabatla çıxış edib. 

Müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verildikdən sonra hər iki hesabat Şura üzvləri tərəfindən qəbul olunub.

Daha sonra cari məsələlərə keçilib. 

Cari məsələlərdə Texnoloji maşın və avadanlıqlar kafedrasının adının dəyişdirilməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb və müsabiqə işlərinə baxılıb.
 

31-05-2023