AzMİU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə  universitetdə təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. 
Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, PR və media bölməsinin müdiri Nicat Abdullayev, AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsin sədri Şahmar Rəfili, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak edib.

Tədbir Orxan Naqdiyevin açılış nitqi ilə başlayıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor çıxışında AzMİU tələbələrinin sosial-iqtisadi, elmi-mədəni inkişafı yönümündə həyata keçirilən layihələrdən, görülən işlərdən söhbət açıb. AzEdu.az portalının bu məqsədlə həyata keçirdiyi layihəsini təqdirəlayiq hesab edib. Bu layihənin ictimai aktiv tələbələrin inkişafına, onların motivasiyasına və tanıdılmasına verəcəyi töhfəyə diqqət çəkib. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.
Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Sonra onlara təltifnamələr təqdim olunub və sonda xatirə şəkli çəkilib.

AzMİU-da "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Xədicə Zeynalova - Memarlıq fakültəsi

Nesin Hüseynova - Memarlıq fakültəsi

Eldar Süleymanlı - İnşaat fakültəsi

Həsənəli Məmmədov - Mexanika və informasiya texnologiyaları fakültəsi

Nuray Cəfərzadə - Su təsərrüfatı və mühəndis kommunikasiyası sistemləri fakültəsi

Nigar Qasımova - Tikinti-iqtisad fakültəsi

Hafiz Şükürov - Nəqliyyat fakültəsi

Elturan Məmmədov - İnşaat fakültəsi

Emin İbadov - Su təsərrüfatı və mühəndis kommunikasiyası sistemləri fakültəsi

Gülnar Lətifli - Tikinti-iqtisad fakültəsi

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.

Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.

24-05-2023