Uğurlu gələcəyə doğru – Karyera sərgisinə sayılı günlər qaldı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi keçiriləcək. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.

Sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək. 

Karyera sərgisi 4 aprel 2023-cü il tarixində, saat 10.00-da, Ayna Sultanova küçəsi 11 ünvanında – AzMİU-nun İdman Kompleksində keçiriləcək. 
AzMİU rəhbərliyi, Təcrübə və Karyera Mərkəzi universitetin bütün tələbə və məzunlarını sərgidə aktiv iştiraka dəvət edir
 

30-03-2023