AIESEC Azərbaycan tərəfindən tələbələr üçün məlumatlandırma keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsi və İnnovativ Biznes İnkubatorun (İBİ) təşkilatçılığı ilə AIESEC Azərbaycan tərəfindən tələbələr üçün  məlumatlandırma keçirilib.

Görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İBİ-nin rəhbəri Nəsibə Əmirbəyova, şöbənin mütəxəssisləri, universitetin müxtəlif kurs tələbələri, eləcə də AIESEC Azərbaycanın nümayəndələri Səbinə Yusubova, Nərmin Dibirova və Nizami Baxşəliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsibə Əmirbəyova qonaqları və tələbələri salamlayıb, AIESEC Azərbaycan nümayəndələrinin gənclər üçün nəzərdə tutduğu layihələrin əhəmiyyəti barədə məlumat verib.

AIESEC-in marketinq meneceri Səbinə Yusubova tərəfindən təşkilat haqqında, həmçinin AIESEC-in mübadilə proqramları olan “Qlobal Könüllü”, “Qlobal Müəllim” və “Qlobal İstedad” layihələri barədə məlumat verib.

Nərmin Dibirova isə çıxış edərək Şri-Lankadakı təcrübəsini tələbələrlə bölüşüb. 

Sonda tələbələrin sualları cavablandırılıb.
 

17-03-2023