Məhəbbət Məmmədov: “Heydər Əliyevin milli iqtisadi inkişaf modeli Azərbaycanın iqtisadi müstəqilliyinin əsasıdır”

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri professor Məhəbbət Məmmədovun “Yeni Azərbaycan” qəzetində və yeniazerbaycan.com saytında geniş məqaləsi çap olunub. 

“HEYDƏR ƏLİYEVİN MİLLİ İQTİSADİ İNKİŞAF MODELİ AZƏRBAYCANIN İQTİSADİ MÜSTƏQİLLİYİNİN ƏSASIDIR” adlı məqalədə Ulu Öndərin milli iqtisadiyyatımızın dirçəldilməsi, onun dünya iqtisadiyyatına inteqrasiyası, böhran idarəetmə mexanizmləri, statistik göstəricilər və s. yer alıb.

Məqalənin tam mətni ilə LİNKƏ (https://www.yeniazerbaycan.com/xeberlenti_e82159_az.html) daxil olaraq tanış ola bilərsiniz. 
        

17-03-2023