AzMİU-nun Tələbə Gənclər Təşkilatının sədri "İlin Sədri" seçilib - 01.02.2023

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş "ReBrend" formunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Tacir İsmayılzadə "İlin Tələbə Gənclər Təşkilatı sədri", Tələbə Gənclər Təşkilatının sədr müavini Nəcəf Əhmədov isə "İlin TGT Nümayəndəsi" seçilib. "ReBrend" formunun münsifləri tələbələrimizin TGT çərçivəsində fəaliyyətlərini və onların AzMİU tələbələrinin təşkilatlanmasında göstərdikləri xidmətləri qiymətləndiriblər.

Forumun çərçivəsində TGT-lərin uzunmüddətli PR strategiyasının müəyyən olunması və inkişaf planlamaları ilə bağlı müzakirələr də aparılıb. Həmçinin TGT-lərin yeni loqo, konsept və PR strategiyaları təqdim edilib, müxtəlif panel görüşləri, seminar və vörkşoplar təşkil olunub.
 

01-02-2023