İsrailli professor AzMİU-da olub [21.12.2022]

İsrailin Texnologiya Universitetinin araşdırma komandasının rehberi, Ruppin Akademik Mərkəzinin Sənaye mühəndisliyi şöbəsinin müdiri, professor Ayelet Gal-Tzur Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Qonaq AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüb.
Görüşdə AzMİU ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub. 
Daha sonra professor Ayelet Gal-Tzur tərəfindən AzMİU-nun magistratura səviyyəsi üzrə təhsil alan tələbələrinə “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” mövzusunda mühazirə deyilib.

 

21-12-2022