Dizayn və brendinq eksperti Ceyhun İmanov AzMİU tələbələrilə görüşüb [21.12.2022]

“Jeykhun Imanov Studio” (JIS) İnnovasiya Agentliyinin kreativ direktoru və təsisçisi, dizayn və brendinq eksperti Ceyhun İmanov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrilə görüşüb. 
AzMİU-nun Azərbaycan-İtaliya Dizayn Mərkəzində keçirilən görüşdə Ceyhun İmanov təqdimatla çıxış edərək tələbələrə dizayn üzrə geniş məlumat verib. O, uğurlu dizayn layihələrinin reallaşdırma metodları, həmçinin bunun üçün əlaqəli sahələrlə, o cümlədən marketinq, reklam kommunikasiyası, brendinq və s. sahələrilə işləmə mexanizimləri haqqında danışıb. 
Görüş zamanı Ceyhun İmanov “Jeykhun Imanov Studio” (JIS) İnnovasiya Agentliyi, agentliyin uğurları, fəaliyyət istiqamətləri ilə də bağlı məlumat verib. 
Sonda qonaq tələbələrin suallarını cavablandırıb, dizayn və brendinq sahəsi üzrə maraq kəsb edən bəzi mövzular ətrafında müzakirələr təşkil olunub. 
Məlumat üçün bildirək ki, Ceyhun İmanov 1000-dən artıq reklam kommunikasiyasının, veb və qrafik dizayn layihələrinin yaradıcısı, bir çox müsabiqələrdə münsif qismində, brendinq, dizayn və marketinq üzrə təqdimatların müəllifidir.
 

 

21-12-2022