Çin kalliqrafiyası üzrə ustad dərslərində iştirak edən tələbələrə sertifikatlar verilib [16.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) nəzdindəki İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Azərbaycan Dillər Universiteti nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə 01.11.22, 14.12.22 tarixlərində baş tutan Çin kalliqrafiyası və kağız üzərində kəsmə sənəti üzrə ustad dərsləri uğurla yekunlaşıb. 

Dərslərdə iştirak üçün İtaliya-Azərbaycan Dizayn Mərkəzi tərəfindən 112r qrupundan 6 nəfər, 162r1 qrupundan 6 nəfər, 162r2 qrupundan isə 3 nəfər olmaqla 15 nəfərlik tərkiblə qrup təşkil olunub. Ustad dərsləri həftədə 2 dəfə, 7 həftə müddətində keçirilib.

Çin vatandaşları Gou Yuyuan və Li Biao tərəfindən keçirilən dərslərin bitməsi ilə əlaqədar müəffəqiyyət göstərən AzMİU tələbələrinə sertifikatlar verilib.

 

16-12-2022