AzMİU-nun Futzal Komandası qaliblər arasında [12.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Futzal Komandası ali təhsil müəssisələri arasında keçirilən futzal turnirində 3-cü yeri qazanıb.
22 komandanın mübarizə apardığı turnirin finalında AzMİU komandası Bakı Mühəndislik Universitetinin təmsilçiləri ilə qarşılaşıb və qələbə qazanıb. 
Qeyd edək ki, turnirin qalibi Bakı Dövlət Universitetinin komandası olub. İkinciliyi isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası qazanıb.

 

12-12-2022