AzMİU əməkdaşları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüblər [12.12.2022]

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld "British Counci"ın İncəsənət və Təhsil üzrə tərəfdaşlarını öz iqamətgahında qəbul edib. Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin rəhbəri Nərmin Rzayeva və İnnovativ Biznes İnkubator (İBİ) mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova da iştirak ediblər. 
Səfir görüşdə Böyük Britaniyanın incəsənət və təhsil sahəsində təcrübə baxımından təklif edə biləcəyi fərqli istiqamətlərdən danışıb və "British Council"ın dəstəyi ilə hər iki ölkə arasında mədəni və təhsil əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. 
Tədbirin davamında Azərbaycandan İngiltərəyə səfər etmiş heyətlə müzakirələr aparılıb.
 

 

12-12-2022