Tələbələr arasında Ulu Öndərin anım gününə həsr olunan "Tarixi Lider" adlı İntellektual yarış keçirilib [09.12.2022]

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "On1000" proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Tarixi Lider" adlı İntellektual yarış keçirilib. AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən yarış Azərbaycan Respublikasının Dövlət Himninin və ümummilli liderin gənclərlə bağlı tarixi çıxışlarının səsləndirilməsi ilə başlayıb. 
"Nə? Harada? Nə zaman?" formatında keçirilən fakültələrarası yarışda tarixi vətənpərvərlik mövzularında suallar səsləndirilib.
Yarışın sonunda qalib komandalar elan edilib. 
Nəticələrə görə birinci yerin qalibi Nəqliyyat fakultəsinin komandası olub. İkinci və üçüncü yerlərin qalibi isə uyğun olaraq İnşaat və MİT (Mexanika və informasiya texnologiyaları) fakültələri olub.
 

 

09-12-2022