Tələbələrin tanınmış memar Şahin Kərimovla görüşü keçirilib [08.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Mühit dizaynı" kafedrasının təşəbbüsü ilə universitetin Azərbaycan-İtaliya Dizayn Mərkəzində ölkəmizdə və xaricdə məşhur olan, tanınmış memar Şahin Kərimovla görüş keçirilib. 
Görüşdə Şahin Kərimov tələbələrə öz təcrübələrindən, memarlıqla bağlı müasir tendensiyalardan və gözləntilərdən danışıb, memarlıq və dizayn aləmində müstəqil fəaliyyəti davam etdirmək, bu yolda yarana biləcək çətinliklər, layihələndirmə onların suallarını cavablandırıb. 
Məlumat üçün bildirək ki, Şahin Kərimov 1996-cı ildə AzMİU-nun Memarlıq fakültəsinin Dizayn ixtisası üzrə bakalavr təhsili alıb. Sonrakı fəaliyyətini memarlığın inşaat (yaşayış və ictimai xarakterli bina və qurğular) və İnteryer tərtibat həlləri üzərində müstəqil olaraq qurmuş və indiyədək də uğurla davam etdirməkdədir.
 

 

08-12-2022