İtaliya və Azərbaycandan olan gənc memarların AzMİU-da emalatxana işləri başa çatıb [06.12.2022]

Azərbaycan Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu”nun dördüncü günündə Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim heyəti tərəfindən ingilis və italyan dillərində iki günlük emalatxana çalışmaları başa çatıb.
Emalatxana çalışmalarında gənc memarlar Şuşa şəhəri ilə bağlı memarlıq layihələri və bu layihələrin eskizlərini hazırlayıblar. Tələbələrin hazırladığı eskizlərdən AzMİU-da sərgi təşkil olunacaq və bu eskizlər aidiyyatı dövlət qurumlarına, ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, layihə 8 derkabr 2022-ci il tarixinə kimi davam edəcək.
 

 

06-12-2022