AzMİU-da Tusi (2C) innovasiya proqramının infosesiyası keçirilib [06.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkiltçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin Tusi (2C) inkubasiya proqramına dair infossesiyanın keçirilib. İnfosesiya çərçivəsində Gələcək üçün bacarıqlar (GÜB) proqramının Layihələrin idarə edilməsi departamentinin əməkdaşı Zinnidin Babayev tələbələrlə görüşüb. 
Görüşdə AzMİU-nun Strateji Planlaşdırma şöbəsinin müdiri Nərmin Rzayeva çıxış edərək GÜB-ün universitet heyəti üçün keçirilən layihələrinin əhəmiyyətindən danışıb. Nərmin Rzayeva qeyd edib ki, AzMİU uyğun layihələr üzrə GÜB ilə bundan sonra da əməkdaşlıq etməkdə maraqlıdır. 
Daha sonra Zinnidin Babayev tərəfindən Tusi (2C) proqramının təqdimatı keçirilib. Məlumat verilib ki, Tusi (2C) proqramının məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır. Ümumilikdə 6 aylıq dövrü əhatə edən proqramda bir sıra təlimlər, xarici və yerli ekspertlərlə görüşlər, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin, müxtəlif düşərgələrin (camp) və sonda təqdimat gününün (Pitch Day) keçirilməsi planlaşdırılır. 
Qeyd edək ki, AzMİU-dan artıq 120 nəfərin Tusi (2C) proqramına qeydiyyat prosesini tamamlanıb. 
 

 

06-12-2022