AzMİU-nun SABAH qruplarının müəllimləri Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təlimlərdə iştirak ediblər [01.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarının müəllimləri Ramil Sadıqov, Fidan Mustafayeva, Alı Əliyev, Fərid Kərimov, Fərahim Vəliyev və əməkdaşlar Pərvin Quliyeva və Rəna Cəbrayılova Elm və Təhsil Nazirliyi tərəfindən SABAH qruplarında tədrisə yeni cəlb edilmiş Təlimlərin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin SABAH qrupları layihəsinin professor-müəllim heyəti və əməkdaşlarının peşə, bilik, praktik bacarıqlar və dünyagörüşünün davamlı inkişaf etdirilməsi olub. 
Təlimlər müəllim-tələbə münasibətində səmərəli ünsiyyət və sosial-emosional  kompitensiyalar, müxtəlif ixtisas qrupları üzrə tədrisin təşkilində elekton resurlardan istifadə, fənnin və dərsin təşkilinə dair cari normativ tələblər və müasir praktika, müəllimin fərdi işçi planını tərtibetmə prinsipləri, təhsil qanunvericiliyinin praktik məsələləri – son yeniliklər, işgüzar yazışma və kargüzarlıq, ali təhsil və tədrisin təşkilində qabaqcıl xarici təcrübə (metod və metodologiyalar) və bu kimi digər mövzuları əhatə edib.
Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçirilən təlimlərdə AzMİU-nun SABAH qruplarının müəllim və əməkdaşları ilə yanaşı, 11 ali təhsil müəssisəsindən ümumilikdə 90 nəfərin iştirak edib. Bunlardan AzMİU SABAH qruplarının müəllimləri Ramil Sadıqov, Fidan Mustafayeva, Alı Əliyev ,Fərid Kərimov , Fərahim Vəliyev və əməkdaşlar Pərvin Quliyeva , Rəna Cəbrayılova da təlimlərdə iştirak edib , sertifikatlarla mükafatlandırılmışdılar.
Sonda təlimlərdə iştirak edən müəllim və əməkdaşlara sertifikatlar təqdim olunub.

 

01-12-2022