AzMİU-nun 8 tələbəsi iş imkanı ilə təmin olunub [30.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Motivasiya” formunun ilk görüşü keçirilib. 
Görüşdə biznesin həyatımızda rolu, tələbəlik illərində iş dünyasına atılmaq və karyera inkişafı mövzuları ətrafında müzakirələr aparılıb. 
Görüşdə iştirak edənlər arasından 8 tələbəyə iş adamları tərəfindən müxtəlif hədiyyələr və ixtisasları üzrə iş imkanı təqdim olunub. 
Qeyd edək ki, görüş "Çətir" proqramı, "Motivator Azərbaycan" və AzMİU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. 

 

30-11-2022