AzMİU TGT futbol komandası çempion olub [29.11.2022]

Narkomaniyaya qarşı mübarizə Həftəsi çərçivəsində "Narkomaniyaya Yox Deyək" devizi altında Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun ali və orta ixtisas təhsili müəsisələri arasında keçirilən Mini-futbol Turnirində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) AzMİU TGT futbol komandası çempion olub.

AzMİU TGT-nin 1/8 mərhələdə rəqibi Bakı Rabitə Kolleci olub və komandamız 4:1 hesabı ilə qələbə qazanıb. 

Komandamız 1/4 mərhələsində daha böyük qələbə ilə finala vəsiqə qazanıb. Belə ki, 2 N-li Bakı Baza Tibb Kollecinə 8:2 hesabı ilə qalib gələn AzMİU TGT finalda Azərbaycan Texniki Universitetinin AzTU komandası ilə qarşılaşıb. 

Turnir boyu yüksək nəticə göstərən AzMİU TGT finalda da uğura imza atıb və 5:2 hesabı ilə AzTU komandasını məğlub edərək turnirin qalibi olub.


 

 

29-11-2022