Tələbələr üçün “Karyera Planması” təlimi keçirilib [28.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələr üçün təlimçi “TOT Academy”nin qurucu rəhbəri Fəxrəddin Abdullayev tərəfindən “Karyera Planlaması” adlı təlim keçirilib. 
Təlimdə AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədir müavini Şahmar Rəfili çıxış edərək qonağa təşəkkürünü bildirib və qeyd edib ki, universitetdə istər ictimai təşkilatlar, istərsə də Karyera və Təcrübə Mərkəzi tərəfindən mütəmadi olaraq bu cür görüşlər təşkil olunur. Uğura gedən yolun düzgün karyera qururmaqdan keçdiyini deyən Şahmar Rəfili tələbələri diqqətli olmağa təcrübələrdən yararlanmağa çağırıb. 
Daha sonra Fəxrəddin Abdullayev təlimə başlayıb və mövzu haqqında tələbələrə geniş məlumat verib.Təlim zamanı “Karyera nədir?”, “Sağlam karyera qərarları verə bilmək üçün nələr lazımdı?”, “Uğurlu karyera nədir?” “Yaxşı bir hədəf necə seçiməlidir?” kimi suallara aydınlıq gətirilib. 
İnteraktiv davam edən təlim çərçivəsində təşkil olunan müzakirələrdə aktiv iştirak edən 5 tələbəyə sertifikat təqdim olunub.
 

 

28-11-2022