AzMİU-da istilik effekti yaradan qazların yaratdığı ekoloji problemlər müzakirə edilib [28.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasında dosent Oktay Salamovun “Üzvi tullantılardan və müxtəlif biokütlə növlərindən bioqaz və yanar qaz qarışığı alınmasında günəş enerjisindən istifadənin təhlili” mövzusunda məruzəsinə həsr olunmuş elmi seminar keçirilib. 
Seminarda kafedranın, Elmi Tədqiqat şöbəsinin əməkdaşları və doktorantlar iştirak ediblər.  
Məruzədə hazırda istifadə olunan ənənəvi yanacaq növlərinin (ƏYN) yaxın zamanlarda tükənəcəyi və həmin yanacaq növlərindən istifadə zamanı atmosferə atılan külli miqdarda istilik effekti yaradan qazların yaratdığı ekoloji problemlər barədə ətraflı məlumatlar verilib. 
Məruzənin sonunda mövzu ilə bağlı müzakirələr təşkil olunub və səmərəli təkliflər verilib.  

 

28-11-2022