Mərkəzi Bankda AzMİU-nun tələbələri üçün maliyyə savadlılığı mövzusunda təlim keçirilib [25.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Mərkəzi Bankın mərkəzi ofisində  bankın əməkdaşları – Aytən Hacıyeva və Ülfət Yusifov, Vəkillər kollegiyasının üzvü Pərviz Hüseynov tələbələrə müxtəlif mövzularda məruzələr ediblər. Onların hazırladıqları “Əmanətlərin sığortalanması” və “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzularda olan təqdimatlar “Biznesin idarə edilməsi”, “Menecment”, “Marketinq” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr, magistrlər, doktorantlar üçün nəzərdə tutulub. 
Təlimdə mövzular ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.  
Məlumat üçün onu da nəzərinizə çatdıraq ki, qeyd olunan ixtisaslar üzrə təlimdə iştirak edən tələbələr üçün Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) yer alan dörd distant kurs üzrə müsabiqə elan olunub  və müsabiqənin şərtləri barədə iştirakçılara məlumat verilib. Müsabiqə aşağıdakı kursları əhatə edir: “Uşaqlar və pullar”, “Sığortaya giriş”, “Bankçılıq və rəqəmsal ödənişlər”, “İzafi borclanma: problemlər və tövsiyələr”. 
Müsabiqədə yuxarıda adları qeyd olunan dörd distant kurs üzrə orta nəticəsinə görə qalib gələcək 5 və fərqlənəcək 5 tələbəyə qiymətli hədiyyələr veriləcək, o cümlədən kursları uğurla tamamlamış bütün tələbələrə sertifikatlar təqdim olunacaqdır. 

 

25-11-2022