AzMİU-nun tələbəsi qızıl medal qazandı [22.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)  Nəqliyyat fakültəsinin tələbəsi Toğrul Qurbanov  Ümumdünya Kapoeyra Federasiyasının Polşanın Zakopane şəhərində təşkil etdiyi turnirin qalibi olub. 
Qeyd edək ki, Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası bu yarışda yüksək nəticələr qazanıb. Belə ki, 10-dan çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycan kapoeyraçıları medal hesabında Estoniya və Almaniya idmançılarını geridə qoyaraq fəxri kürsünün ilk pilləsində yer alıblar.
Seçməmiz komanda hesabında 1-ci yerə çıxıb. İdmançılarımızın içində  AzMİU-nun tələbəsi Fərid Allahverdiyev də qızıl medal əldə edib.


    

 

22-11-2022