Neft emalında yüksək dəqiqlikli informasiya˗ölçmə məsələləri müzakirə edilib [17.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasında elmi seminar keçirilib. Məruzəçi Məzahir İsayev “Neft hasilatı, ilkin hazırlanması, nəqli və saxlanılması proseslərinin yüksək dəqiqlikli informasiya˗ölçmə və idarəetmə kompleksinin işlənməsi və tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə neft sənayesi obyektlərinin texnoloji xətlərində, qovşaqlarda yüksək ölçmə dəqiqliyini və səmərəli idarəetməni təmin edən, məhsulun fasiləsiz dəqiq uçotunu və ümumi balansını həyata keçirən informasiya-ölçmə sistemlərinin və onların vahid informasiya şəbəkəsində birləşməsini təmin edən proqram-texniki kompleksin işlənməsinin aktual məsələləri təqdim edilib.

Seminarda Elmi Tədqiqat şöbəsinin və kafedranın əməkdaşları, doktorantlar iştirak ediblər. Məruzənin sonunda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr təşkil olunub.

 

17-11-2022