"Ekologiya və su təsərrüfatı" jurnalının elektron versiyası yaradılıb [16.11.2022]

"Ekologiya və su təsərrüfatı" elmi-texniki və istehsalat jurnalının yeni nömrəsinin elektron versiyası yaradılıb. Oxucular jurnalın elektron versiyasını www.ekosu.az saytına daxil olaraq “Jurnallar” bölməsindən əldə edə bilərlər. 

"Ekologiya və su təsərrüfatı" jurnalının yeni nömrəsində “Xəzər rayonu ərazisində texnogen təsirlərlə çirklənmiş torpaqların bərpası tədbirləri”, “Dəniz və duzlu suların emal üsülları”, “Araz çayının su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi”, “Экологическое оценивание состояния водных бассейнов Тертерского района Азербайджанской Республики” və s. kimi aktual elmi məqalələr nəşr olunub. 

Qeyd edək ki, "Ekologiya və su təsərrüfatı" jurnalı 2004-cü ildən fəaliyyət göstərir. Jurnalın təsisçisi AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, professor Zakir Musayevdir. Jurnalda “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Hidrotexnika və meliorasiya”, “Mühəndis qurğuları və İnşaat konstruksiyaları” bölmələri üzrə elmi məqalələr dərc edilir.
 

 

16-11-2022