Tələbələrə rəqəmsal marketinq üzrə təlim keçirilib [15.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzi Rəqəmsal Marketinq bölməsinin təşkilatçılığı ilə tələbələrə rəqəmsal marketinq üzrə təlim keçirilib. Təlimi rəqəmsal marketoloq Nərmin Qurbanova keçib. 
Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şahmar Rəfili çıxış edərək təlimin əhəmiyyətinə diqqət çəkib və qeyd edib ki, tələbələr rəqəmsal marketinqin incəliklərinə yiyələnməklə fərdi inkişaflarını daha da sürətləndirə bilərlər. 
İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov da rəqəmsal marketinqin önəmini vurğulayaraq bütün ixtisaslarda təhsil alan tələbələrin rəqəmsal marketinq üzrə biliklərinin artırılmasının vacib olduğunu deyib.
Daha sonra təlimə başlanılıb. Təlimçi Nərmin Qurbanova tələbələrə rəqəmsal marketinqin incəlikləri, tətbiq sahələri, istifadə olunan alətlər, bu istiqamətdə dünya təcrübəsi və ölkəmizdə mövcud vəziyyət haqqında ətraflı məlumat verib. İnteraktiv keçən təlim sual-cavab sesiyası ilə davam etdirilib.
 

 

15-11-2022