AzMİU tələbələrinə “Biznesin psixologiyası” mövzusunda təlim keçilib [14.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə sahibkar, biznes konsultant Elxan Sultanlı tərəfindən tələbələrə "Biznesin Psixologiyası" mövzusunda təlim keçirilib. 
“Biznes nədir?”, “Gündə 25 saat, həftədə 8 gün yaşamaq üçün nə etməliyik?”, “Biznesin görünməyən tərəfləri?” alt bölmələri üzrə keçirilən təlim tələbələrin böyük marağına səbəb olub. 

 

14-11-2022