AzMİU tələbələri "Bakı Metropoliteni" QSC-nin Təlim-Tədris Mərkəzində olublar [10.11.2022]

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Bakı Metropoliteni"nə ekskursiya təşkil olunub. Metropolitenin 55 illiyinə hərs olunan "Gəlin bütün stansiyalara səyahət edək" adlı ekskursiyada AzMİU-nun Nəqliyyat fakültəsinin tələbələri iştirak ediblər.
Ekskursiya zamanı tələbələr metropolitenin Təlim-Tədris Mərkəzində də olublar və mərkəz haqqında ətraflı məlumatlandırılıblar. Daha sonra mərkəzdə yerləşən tikinti qurğularının maketləri ilə tanışlıq olub.

 

10-11-2022