AzMİU-da "ZƏFƏRİMİZ" adlı konsert keçirilib [05.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün AzMİU-nun və Davam Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə  Zəfər Gününə hərs olunmuş konsert proqramı keçirilib. 

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, Rəqəmsal Marketing bölməsinin rəhbəri Şahmar Rəfili çıxış edərək 44 günlük Vətən müharibəsində ordumuzun keçdiyi şanlı zəfər yolundan, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsindən və Zəfər Gününün tarixindən söhbət açıb. Şahmar Rəfili qeyd edib ki, AzMİU tələbələri milli, vətənpərvər məsələlərə hər zaman olduğu kimi bu gün də həsaslıqla yanaşır və vətənimizin bütövlüyünə, suverenliyimizə qarşı istənilən təhdidə qarşı gərəkli cavab verməyə hazırdılar.

Davamlı İnkşaf Xidmətinin rəhbəri Aygün Hüseynova da çıxışında gənclərin milli məsələlərə həsas yanaşmasına diqqət çəkib. Aygün Hüseynova bildirib ki,  intellektual inkişafla paralel milli konseptual inkişafımızın da aparılması ölkəmizi daha da gücləndirəcək. 

Çıxışlardan sonra konsert proqramı təqdim edilib. Konsertə dəvət olunan ifaçı qonaqlar vətənpərvər ifalarla çıxış ediblər.

 

05-11-2022