Effektiv nitq uğurun açarı kimi: Orxan Şahbaz AzMİU tələbələrinə təlim keçib [02.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə təlimçi və araşdırmaçı Orxan Şahbazla tələbələrin görüşü keçirilib.
Görüşdə Orxan Şahbaz “Tələbənin effektiv nitqi” mövzusunda təqdimatla çıxış edib. Təlimçi tələbələrə nitqin inkişaf etdirilməsi, vasitəli və aydın nitqin qurulması texnologiyaları ilə bağlı geniş məlumat verib.
Görüş zamanı verilən biliklərin praktiki tətbiq, imitasiyalarla yoxlanılması üçün tələbələr arasında oyunlar təşkil edilib.
İnteraktiv şəkildə davam edən görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
 

 

02-11-2022