AzMİU tələbələrinin Norm sement zavodunda təcrübə və iş imkanları müzakirə edilib [28.10.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə Norm şirkətinin nümayəndəsi Tamerlan Əmirbəyli ilə universitetin zavodun profilinə uyğun fakültə dekanları və kafedra müdirləri arasında  “Zoom” proqramı üzərindən görüş təşkil edilib.
 
Görüşdə AzMİU-nun Norm şirkətinin profilinə uyğun ixtisaslarında təhsil alan tələbələrinin şirkətdə təcrübə və iş imkanları müzakirə edilib. Qərara alınıb ki, hər iki tərəf potensial imkanları araşdırıb əməkdaşlığa uyğun istiqamətləri müəyyən etsin və əlaqələrin inkişaf etdirilməsi üçün yaxın zamanda növbəti görüş təşkil olunsun. 
 

 

28-10-2022