AzMİU-nun tələbələri üçün “SABAH.incubation” tərəfindən infosessiya keçirib [28.10.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələr üçün “SABAH.incubation” tərəfidən infosessiya keçirilib.
        
Tədbirdə universitetin  Strateji planlaşdırma şöbəsinin müdiri Nərmin Rzayeva, İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, mərkəzin mütəxəssisi Ramin Əkbərov, “SABAH.incubation”nin program manageri Rüstəm Mədətzadə və mərkəzin community manageri Aynur Əliyeva iştirak edib. 

“SABAH.incubation”in nümayəndələri Rüstəm Mədətzadə və Aynur Əliyeva Mərkəz haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarlarda xidmət və məhsullara tələbatı ödəyəcək şirkətlərin inkişafını stimullaşdırmaq və bu məqsədlə gənc sahibkarlar ətrafında dayanıqlı ekosistem yaratmaqdır. İnfosesiya zamanı Mərkəzin tərəfindən iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə innovativ şirkətlərin yaradılmasına və inkişafına yönəlmiş startaplara dəstək mexanizmi haqqında da məlumat verilib. 

İnfosessiya müzakirələrlə davam etdirilib və qonaqlar tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb. 
      


 

 

28-10-2022