“44 Günlük Dastan”nın qəhrəmanları tələbələrimizə döyüş yollarından danışdılar [28.10.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Böyük Qayıdış” Gənclər Təşkilatının “44 Günlük Dastan” layihəsi çərçivəsində qazilərlə tələbələrin görüşü keçirilib. Görüşdə qazilər – Əhliyyət Mehtiyev, Elsevər Ağayev, Sadiq Hüseynov, Tural Abdullayev, Əfqan Zaxmayev və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli iştirak edib.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək bildirib ki, “44 Günlük Dastan” layihəsinin məqsədi tələbə gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılmasıdır.  

“Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə qazilərlə tələbələr arasında diskusiya təşkil edilib. Qazilər tələbələrə keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhval-ruhiyyəsindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar. 

Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
 

 

28-10-2022