Rusiyanın məhşur memarı Amir İdiatulinlə tələbələrimizin görüşü keçirilib [12.10.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IND Memarları bürosunun təsisçisi və baş direktoru, Rusiya Memarlar İttifaqının üzvü Amir İdiatulinin tələbələrlə görüşü keçirilib. Görüşdə Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova və fakültənin IV kurs tələbələri iştirak ediblər. 
     Amir İdiatulin tələbələrə IND Memarları bürosunun tarixi, memarlıq bürosunun işinin əsas prinsipləri, xarici həmkarları ilə qarşılıqlı əlaqə təcrübəsi və böyük beynəlxalq müsabiqələrdə iştirakın incəliklərindən danışıb. O, müxtəlif memarlıq bürolarının hekayələri, uğurları, sənayenin mürəkkəbliyi və şəxsi təcrübə haqqında da məlumat verib.
     Diskussiya formatında davam edən görüş zamanı Amir İdiatulin tələbələri maraqlandıran sualları cavablandırıb.
 
 

12-10-2022