AzMİU-nun əməkdaşı “Ümumdünya Kosmos Həftəsi” çərçivəsində keçirilən kosmik müzakirələrdə iştirak edib [12.10.2022]

     Oktyabrın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova “Ümumdünya Kosmos Həftəsi” çərçivəsində keçirilən kosmik müzakirələrdə iştirak edib. 
     Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) təşkil edilən müzakirələrin məqsədi elm, texnologiya və kosmosla maraqlanan şəxsləri bir araya gətirmək olub. Tədbirdə kosmik tədqiqat və arşdırmalarla bağlı məlumatlandırma, həmçinin bu istiqamətdə həyata keçirilə biləcək layihələr müzakirə olunub. 
     Müzakirələr bitdikdən sonra iştirakçıların ƏYPİM ərazisinə ekskursiya təşkil edilib.  

12-10-2022